Həmas ABŞ və İsraili ittiham edir

“ABŞ və İsrailin Qəzza zolağında atəşkəs razılaşmasının tezliklə bağlanması ilə bağlı bəyanatları reallığa uyğun gəlmir”.

Gunnusesi.info xəbər verir ki, bunu HƏMAS-ın sözçüsü Mahmud Taha bildirib:

“Onlar yalan danışır və vaxtı uzadırlar. Guya biz müharibəni dayandıracaq bir razılaşmayarazı olduğumuza iddia edirlər. Lakin eyni zamanda müharibənin davam edəcəyinə zəmanət verirlər. Biz artıq Amerika rəsmilərinə, xüsusən də hazırda regionda olan Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernusa etibar etmirik və inanmırıq”– deyə o, bildirib.

Taha həmçinin İsrailin baş naziri Benyamin Netanyahunu bu həftə Dohada keçirilməsi planlaşdırılan razılaşma danışıqlarını gecikdirməkdə günahlandırıb.

HƏMAS nümayəndəsi iddia edib ki, bu, baş nazirin danışıqları dalana dirəmək üçün düşünülmüş taktikasıdır.

 

 

Günay

Gununsesi.info