
Xarici işlər naziri Ceyhun Bayramov Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi ilə görüşüb.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Azərbaycan XİN öz “X” hesabında paylaşıb.
Məlumata görə, tərəflər arasında təkbətək və geniş tərkibdə görüş baş tutub. Görüş zamanı Azərbaycan və Somali arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi perspektivləri müzakirə edilib.

