Ukrayna Volın qətliamını araşdırmağa mane olur

Ukrayna Polşaya 1943-cü ildə Volın qətliamının şərtləri ilə bağlı araşdırma aparmağa mane olur, baxmayaraq ki, Kiyev indi qalıqların eksqumasiyası üçün imkanlar yarada bilər.

Gununsesi.info xəbər verir ki, bunu Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış TOK.FM radiosuna müsahibəsində deyib.

“Ukraynada ekqumasiyaya siyasi maneələr var. Fikrimcə münaqişə yalnız bəhanədir, çünki qalıqların olduğu bir çox yer cəbhə xəttində yerləşmir”, – deyə müdafiə rəisi bildirib.

Kosinyak-Kamış həmçinin Kiyevi “xoşməram jesti” etməyə və tarixi faciənin təfərrüatlarını aydınlaşdırmaq üçün Polşa tərəfinin fəaliyyətini bəyənməyə çağırıb.

Bundan əvvəl Kosinyak-Kamış bildirib ki, Volındakı qətliam məsələsi həll olunmayana qədər Ukrayna Avropa İttifaqına (Aİ) qəbul edilə bilməz.

Nazirin sözlərinə görə, Varşava Kiyevi bacardığı qədər dəstəkləyir.

Bununla belə, o vurğulayıb ki, həll edilməmiş tarixi problemlərə görə Polşa ilə Ukrayna arasında münasibətlərdə “hər şey mükəmməl deyil”.

 

 

İlhamə

Gununsesi.info