
Britaniyanın xarici işlər naziri Devid Lammiyə sual vermək istəyərkən mühafizəçi Rusiyanın “İzvestiya” qəzetinin jurnalisti Daria Sennikovanı kobud şəkildə itələyib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, hadisə bu gün baş verib.
Bildirilir ki, “İzvestiya”nın əməkdaşı nazirə Londonun Ukrayna ordusuna növbəti silah tədarükü planları ilə bağlı sual vermək istəyib.
Lammiyə yaxınlaşmaq istəyərkən mühafizəçi “danışırıq” sözləri ilə qızı itələyib.
Məlumata görə “İzvestiya” əməkdaşları ilə bağlı ilk belə hal deyil.
Şəbnəm
Gununsesi.info