
Donald Tramp yenidən seçiləcəyi təqdirdə, Ukraynanın NATO və Avropa İttifaqına (Aİ) üzv olmasından sonra Rusiyaya qarşı sanksiyaları tamamilə ləğv edə bilər.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo “The Wall Street Journal” üçün məqaləsində yazıb.
“Ukrayna həm NATO-ya, həm də Aİ-yə daxil olan kimi onlar sanksiyalar tamamilə ləğv ediləcək”, – nəşr yazır.
Pompeo sanksiya məhdudiyyətlərinin mərhələli şəkildə aradan qaldırılması üçün mümkün şərtləri də sadalayıb.
Onun sözlərinə görə, Trampın planı Krımın demilitarizasiyasını və Ukraynanın “Amerika vergi ödəyicilərinin dollarları hesabına deyil, Rusiya Mərkəzi Bankının dondurulmuş ehtiyatlarından alınan kompensasiyalar hesabına” bərpasını nəzərdə tutur.
Pompeo bildirib ki, Rusiya “bu şərtləri yerinə yetirərsə, Qərb tədricən sanksiyaları ləğv edəcək”.
Keçmiş dövlət katibinin sözlərinə görə, Trampın mümkün planının bir hissəsi olaraq Qərb Rusiyanın yeni ərazilərini tanımayacaq.
Bundan əlavə, NATO Ukraynanı silahlandırmaq üçün 100 milyard dollarlıq fond yarada bilər ki, “Rusiya bir daha hücum etməyəcək”.
Pompeo qeyd edib ki, Aİ də Kiyevi qəbul etməli və ona iqtisadiyyatını modernləşdirməyə kömək etməlidir.
Keçmiş dövlət katibi öz məqaləsində Trampın münaqişənin həlli ilə bağlı Rusiyaya qarşı “real sanksiyaların” tətbiq oluna biləcəyi mümkün planını da açıqlayıb.
Şəbnəm
Gununsesi.info