
Kiyev Rusiyanın sədrliyi ilə keçiriləcək BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasında iştirak etməyəcək.
Gununsesi.info xəbər verir ki, müvafiq bəyanatı Ukrayna Xarici İşlər Nazirliyi Telegram-da yayıb.
“Beləliklə, Ukrayna nümayəndə heyəti BMT Təhlükəsizlik Şurasında Sovet İttifaqının daimi yerini tutan Rusiya Federasiyasının qeyri-legitimliyi ilə bağlı prinsipial mövqeyini təsdiqləyir”, – deyə ölkənin Xarici İşlər Nazirliyi bildirib.
Ukrayna Xarici İşlər Nazirliyi əlavə edib ki, Kiyev BMT Təhlükəsizlik Şurasının Moskvanın sədrliyi ilə keçiriləcək iclaslarında yalnız təşkilata təcili məlumatların çatdırılmasına ehtiyac olduğu halda iştirak etməyə hazırdır.
Günay
Gununsesi.info