
ABŞ İranla Müştərək Hərtərəfli Fəaliyyət Planına (JCPOA) və ya “nüvə sazişi”nə, razılaşmaya bir neçə kiçik düzəliş edilməklə, qayıtmağa hazırdır.
Gununsesi.info xəbər verir ki, bu barədə “Əl-Cərida” mənbələrə istinadən məlumat yayıb.
Qəzet yazır: “İyulun 23-də Vaşinqton Tehrana məlumat verdi ki, ABŞ prezidenti Co Bayden administrasiyası kiçik düzəlişlər nəzərə alınmaqla, nüvə sazişinə tezliklə qayıtmaq üçün danışıqlara hazırdır”.
Nəşr konkret hansı düzəlişlərin müzakirə olunduğunun təfərrüatlarını açıqlamayıb.
İyunun 21-də Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib ki, İranla “nüvə sazişi”-lərin iflası ərəfəsindədir.
Eyni zamanda o, vurğulayıb ki, diplomatik işin resursu hələ tam tükənməyib.
Afət
Gununsesi.info