Şəkinin bu kəndi zibil poliqonuna çevrilib - İCRA HAKİMİYYƏTİ VƏ BƏLƏDİYYƏLƏR SEYRÇİ MÖVQEDƏDİR

  • By admin
  • 26 İyul 2024 14:25

Son günlər yağan aramsız leysan yağışları Şəkinin Oxut kəndində ciddi fəsadlara səbəb olub.

Gununsesi.info-nun xəbərinə görə, sel sularının kənd ətrafında toplanmış zibil tullantılarını Oxut kəndinin içərisinə gətirib.

Nəticədə kəndin küçələri və həyətyanı sahələr zibil paloqionuna çevrilib.

Bundan başqa kəndin yoları da sıradan çıxıb və dərin çuxurlar nəqliyyatın hərəkətini çətinləşdirib.

Kənd sakinlərinin  Gununsesi.info-ya yolladıqıları müraciətdə bildirilir ki, nə yerli icra hakimiyyəti orqanları, nə də bələdiyyə yaranmış vəziyyəti  aradan qaldırır.

Oxut sakinlərinin sözlərinə görə, havanın istiləşməsi kənddə sel suyu ilə axan zibillərin kəskin qoxusunu  da yayıb.

“Kənddə dözülməz vəziyyətdir, xahiş edirik, problemimizi ictimailəşdirin” deyə sakinlər redaksiyamızdan xahiş edir.

 

 

Günay Mahirqızı

Gununsesi.info