
İsrail əsgərləri yenidən TRT Xəbər qruplarını hədəfə alıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qüdsdə Məscidül-Əqsa qapısına edilən hücumda TRT-nin operatoru yaralanıb.
Bildirilir ki, TRT Xəbər qrupu işğal altındakı Şərqi Qüdsdəki Məscidül-Əqsada cümə namazından əvvəl İsrail qüvvələrinin pozuntularını lentə alıb.
İsrail qüvvələri əvvəlcə Əqsa qapısında fələstinlilərə hücum edib. Daha sonra hücumu lentə alan TRT Xəbər komandasını hədəfə alıb. Hücum zamanı kameraman Ömər Avvad yaralanıb.
İsrail qüvvələri müdaxilə zamanı jurnalist olduqlarını bildirən TRT Xəbər müxbiri Mücahit Aydemirin telefonunu zorla ələ keçirib və telefondakı görüntüləri silib.
Daha sonra İsrail qüvvələri TRT News komandasını ərazidən uzaqlaşdırıb və yayıma icazə verməyib.
Şəbnəm
Gununsesi.info