
Pentaqon Ukraynaya 2 milyard dollarlıq yardımda mühasibat səhvlərini üzə çıxarıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentlik yazır ki, ABŞ Müdafiə Nazirliyi Ukraynaya göndərilən sursat, raket və digər silahların hesablamalarında səhvlər aşkar edib.
Belə səhvlər avadanlığın dəyərinin düzgün qiymətləndirilməməsinə səbəb olub – 6,2 milyard dollar əvəzinə 8,2 dollar.
Materialda bildirilir ki, nəticədə yardımın həcmini ödəmək üçün Ukraynaya 2 milyard dollarlıq silah göndərilə bilər.
Gununsesi.info