Rus terrorçu Türkiyədə saxlanıldı

  • By ilhame
  • 24 İyul 2024 19:17

Rusiyada bombalı hücum həyata keçirən terrorist Türkiyədə saxlanılıb.

 

Gununsesi.info xəbər verir ki, bu haqda Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də paylaşım edib.

 

“Bu gün saat Rusiya hüquq-mühafizə orqanlarından Yevgeni Serebriakov adlı şəxsin Moskvada bomba yüklü avtomobillə terror aktı törətdiyi, 2 nəfəri yaraladığı barədə müvafiq qurumlarımıza xəbərdarlıq edilib. Həmin şəxsin saat 09:40-da Bodrum Hava Limanından ölkımizə daxil olduğu müəyyən olunub.

 

Məsələ ilə bağlı Kəşfiyyat İdarəsi, İnterpol/Avropol Departamenti, MİT, İmmiqrasiya İdarəsi Müdirliyi, Terrorla Mübarizə Şöbəsi və Muğla vilayət Təhlükəsizlik Müdirliyi tərəfindən koordinasiya təmin edilib.

 

Əməliyyatı həyata keçirən qəhrəmanlarımızı təbrik edirəm” , – Yerlikaya bildirib.

Gununsesi.info