Zahid Oruc: “Paşinyanı Bakıya dəvət edək”

  • By admin
  • 08 May 2024 13:00

Milli Məclisin üzvü Zahid Oruc Azərbaycanı ABŞ Konqresinin sanksiyalarından qorumaqdan ötrü “çıxış yolu”nu tapıb.

Gununsesi.info-nun xəbərinə görə, parlamentin plenar iclasında çıxış edən deputat Ermənistanın baş naziri Paşinyanı Bakıya dəvət etməyi təklif edib: “Hesab edirəm ki, biz bunu etməklə siyasi düşmənlərimizin və sanksiyaçıların Azərbaycana yolunu  birdəfəlik bağlamış olarıq”.

Zahid Oruc deyib ki, ABŞ Konqresində sanksiyalar ideyası 1992-ci ildə 907-ci düzəlişə təşəbbüs göstərən qruplardan gəlir.

Qeyd edək ki, Konqresin bir qrup üzvü Azərbaycanın yüksək vəzifəli şəxslərinə sanksiya tətbiq edilməsi təşəbbüsü ilə çıxış edib.

Bu siyahıda 40-dan artıq yüksək vəzifəli məmurlar var.

Günay

Gununsesi.info