
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mark Libbi bir qrup siyasi məhbus ailəsi ilə görüşüb.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə ictimai fəal Nigar Həzi danışıb.
“ABŞ-nın ölkəmizdəki səfiri Mark Libby ilə görüşdük. Görüşdə Sevinc Vaqifqizinın anası Ofeliya xanım, Ruslan İzzətlinin həyat yoldaşı Günel Manaflı iştirak edirdi. Çox səmərəli görüş oldu. Ölkədəki siyasi məhbuslar məsələsini müzakirə etdik. Dəvət üçün cənab səfirə təşəkkür edirəm“.
Görüşlə bağlı ABŞ səfirliyi də açıqlama yayıb.
Açıqlamada deyilir:
“Səfir Libby həbsdə olan vətəndaş cəmiyyəti nümayəndələrinin ailə üzvləri ilə görüşərək, onların vəziyyətini müzakirə edib. Birləşmiş Ştatlar qətiyyətlə inanır ki, müstəqil vətəndaş cəmiyyəti fəal və məsuliyyətli cəmiyyətin ayrılmaz hissəsidir və haqsız yerə həbs edilənlər cəmiyyətdəki mühüm işlərini davam etdirə bilmələri üçün azad edilməlidir“.
İlhamə
Gununsesi.info