
Beynəlxalq Amnistiya Təşkilatının 17 aprel tarixli hesabatına görə, Suriyadakı əl-Hol və Roj düşərgələrində 29 min uşaq saxlanılır.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu rəqəm dünyanın istənilən yerində özbaşına azadlıqdan məhrum edilmiş uşaqların ən yüksək konsentrasiyasını təmsil edir.
ABŞ Suriyanın şimal-şərqində İŞİD düşərgəsi kimi tanınan kürd qüvvələrinin nəzarətində olan düşərgədən beşi uşaq olmaqla 11 Amerika vətəndaşını götürərək ölkəyə aparıb.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller, altı kanadalı, dörd hollandiyalı və bir fin uşağının da ölkələrinə geri göndərilməsinə kömək etdiklərini deyib.
Miller həmçinin amerikalı uşaqlardan birinin qardaşı olan, lakin ABŞ vətəndaşı olmayan doqquz yaşlı uşağın da ABŞ-a köçürüldüyünü bildirib.
Beynəlxalq Amnistiya Təşkilatının hesabatında Suriyadakı əl-Hol və Roj düşərgələrində 29 min uşaq saxlanıldığı deyilir.
Təşkilatın məlumatına görə, bu rəqəm dünyanın istənilən yerində özbaşına azadlıqdan məhrum edilmiş uşaqların ən yüksək konsentrasiyasını təmsil edir.
Şəbnəm
Gununsesi.info