
Qərb hökumətləri Gürcüstanda etirazçılara polisin basqısını pisləyərkən, ölkənin baş naziri İrakli Kobaxidze ABŞ-ı tənqid atəşinə tutub. Baş nazir eyni zamanda Gürcüstanda polisin ABŞ-ın kollec şəhərciklərindəki fəaliyyəti arasında paralel aparmağa cəhd edib.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə The Guardian qəzeti yazıb.
Qeyd edək ki, Gürcüstan parlamentinin şərti olaraq “rus qanunu” adlandırılan “Xarici agenlər haqqında” qanunu qəbul etməsi kütləvi etirazlara səbəb olub.
Etirazçılar küçələrə axışaraq qanun layihəsini geri götürməyə və Gürcüstanı qərbə inteqrasiya yolunda qalmağa çağırırlar.
Bu arada ABŞ və Avropa hökumətləri Gürcüstan rəhbərliyinə xəbərdarlıq ediblər ki, qanun layihəsi və etirazçılara qarşı polis zorakılığı ölkənin gələcək perspektivlərini təhlükə altına alır.
Gürcüstanın baş naziri İrakli Kobaxidze bu səhər sosial şəbəkədə paylaşdığı paylaşımda ABŞ Dövlət Departamentinin müşaviri Derek Chollet ilə danışdığını bildirib və ABŞ-ın keçmiş səfiri və digərləri tərəfindən dəstəklənən 2020-2023-cü illərdə iki inqilab cəhdinin olduğunu ifadə edib. O bildirib ki, bu, xarici mənbələrdən maliyyələşən QHT-lər vasitəsilə həyata keçirilir.
Qanun layihəsi maliyyələrinin 20%-dən çoxunu Gürcüstandan kənardan alan QHT kimi qrupların xarici agent kimi qeydiyyatdan keçməsini tələb edəcək.
Baş nazir daha sonra əlavə edib: “Mən Nyu-Yorkda tələbələrin etiraz aksiyasının qəddarcasına dağıdılması ilə bağlı narahatlığımı cənab Çolletə bildirməmişəm”.
Afət Abbasova
Gununsesi.info