
Israil ordusu Qəzzanın cənubundakı Rəfah şəhərinə hücumları davam edir. Hücumdan əvvəl ordu 100 minə yaxın fələstin əhalisini Xan Yunus və Əl Mevasi bölgələrinə getməyə çağırıb. Rəfahın şərq hissəsindən çıxıb gedən bir neçə fələstinli ailələrin görüntüləri mediada öz əksini tapıb. BMT Rəfahda humanitar fəlakətin baş verə biləcəyi barədə xəbərdarlıq edib.
Gununsesi.info BBC-yə istinadən xəbər verir ki , təxmini 1,4 milyon fələstinlinin evlərindən didərgin düşdüyü təxmin edilən şəhər Qəzzada 7 aydır davam edən müharibədən qaçan mülki əhalinin son sığınacaqlarından biri olub.
Niyə vacibdir?
Şəhər Qəzza zolağı ilə Misirin Sinay yarımadasını cənuba ayıran sərhəddə yerləşir. Rəfah Qəzza zolağında Misirlə sərhəddə yerləşən ən böyük şəhərdir.
55 kvadrat kilometrlik ərazi cənub-qərbdə Yerusəlimdən 107 kilometrlik məsafədədir.
Qəzza ilə Misir arasındakı yeganə sərhəd keçid məntəqəsi olduğundan bölgəyə onilliklərdir ki, buradan humanitar yardımlar edilir. Yaralıların müalicə üçün təhlükəsiz ərazilərə daşınması da çox vacibdir.
Ona görə də biz beynəlxalq mediada Rəfah adını dəfələrlə eşidirik.
Son onilliklərdə Qəzza-Misir sərhədində qeyri-rəsmi olaraq uzadılan onlarla tunel Misir tərəfindən sökülüb. Əksəriyyətinin Misirdən Qəzzaya mal axını üçün gizli şəkildə qazıldığı düşünülən bu tunellərin nə olduğu bilinmir.
Buna görə də Rəfah Qəzza zolağı üçün kritik iqtisadi və kommersiya əhəmiyyətinə malikdir.
Qeyd edək ki, müharibə başlamazdan əvvəl hər gün yüzlərlə yük maşını məhz Rəfah vasitəsilə Qəzzaya daxil olurdu.
Sənan