
ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi bir qrup konqresmenin azərbaycanlı məmurlara qarşı sanksiya tətbiq etmək təklifləri barədə danışıb.
Gununsesi.info-nun xəbərinə görə, səfir bu ideyanın ABŞ prezidentinin administrasiyasından gəlmədiyini deyib.
Bunun ikitərəfli münasibətlərə necə təsir edəcəyinə gəlincə, diplomat Azərbaycanın rəsmi mətbuatının reaksiyasını oxumağı tövsiyə edib: “Ancaq bu cür sənədlərin ortaya çıxmasının qarşısını almaq üçün insan hüquqlarının vəziyyətini yaxşılaşdırmaq lazımdır”.
USAID-ın maliyyələşdirdiyi Azərbaycan KİV və QHT-lərinə qarşı cinayət təqibinin başlanmasına da toxunan səfir deyib ki, Amerika tərəfi hər şeyi qanun çərçivəsində edib: “Bu, müstəqil mətbuatı boğmaqla bağlı Azərbaycan hökumətinin qərarıdır. Əgər onlar bunu təqdim edirlərsə, çirkli pulların yuyulması, jurnalistlərin və ictimai xadimlərin təqib edilməsi siyasətin dəyişməsi deməkdir. Niyə bunu edirlər, mən bilmirəm”.
Səfir qeyd edib ki, ikitərəfli münasibətlərə iqtisadi, siyasi və digər sahələrdə ciddi əməkdaşlıq daxildir və bu əməkdaşlıq davam etdiriləcək.
Gununsesi.info