İsrailin Müdafiə naziri : Razılaşma olmasa Rəfaha əməliyyatı dərinləşdirəcəyik

İsrailin müdafiə naziri Yoav Qalant, Həmasın əlində olduğu İsrailli əsirlərin sərbəst buraxılmasına yönələn razılaşmada irəliləyiş olmaması halında Rəfahdakı hərbi hücumu “dərinləşdirmə” sözü verdi.

Gununsesi.info-nun verdiyi məlumata əsasən Həmasın təsdiqlədiyi atəşkəs təklifini rədd edən İsrail, 6 may tarixində axşam saatlarında Rəfaha hərbi hərəkata başlayıb və Misir sərhədindəki strateji keçid qapısını ələ keçirdi.

İsrail, atəşkəs təklifinin “əsas” tələblərini qəbul etmədiyini, ancaq müzakirələrə davam etməyi qəbul etdiyini söylədi.

Dünən Rəfah ərazisindəki hərbi birlikləri ziyarət edən Qalant, Rəfah və Qəzzanın qalan bölgələrində Həması “ortadan qaldırana” qədər əməliyyatın davam edəcəyini dedi.

Qalant  ayrıca İsrailin əsirləri evə gətirmək üçün “uzlaşma” etməyə hazır olduğunuda vurğuladı.

Bu variantın  olmaması halında davam edəcəklərini və əməliyyatı dərinləşdirəcəklərini söyləyən Qalant: “Bu, cənubda, mərkəzdə və şimalda olmaq üzrə zolağın hər yerində gerçəkləşəcək”, ifadələrini dedi.

Bayden: “Həmasın İsrailə tətbiq etdiyi dəhşət unutuldu”

Bu tərəfdən  antisemitizm yüksəlişinə əlaqəli xəbərdarlıq edən  ABŞ prezidenti Co Bayden, bir çox adamın 7 oktyabrda Həmasın İsrailə tətbiq etdiyi “dəhşəti” unutduğunu dedi.

Bayden Holokost qurbanlarını yad etmək üçün dünən təşkil olunan tədbirdə dünya miqyasında antisemitizm yüksəlişini qınadı.

Holokost haqqında ” İnsanların həqiqəti bilməmə riski ilə qarşı-qarşıya” durmuşuq deyən Bayden ” Bu nifrət, hələ dünyada çox adamın ürəyinin dərinliklərində yatmağa davam edir”, dedi.

Gununsesi.info