Litva Ukraynaya qoşun yeridəcəyini bəyan edib

“Litva Ukrayna əsgərlərinə təlim keçmək üçün öz qoşunlarının Ukraynaya göndərilməsinə icazə verib”.

Gununsesi.info xəbər verir ki, bunu Litvanın baş naziri İnqrida Simonyte deyib.

Onun sözlərinə görə, Rusiya Litvanın bu addımını təxribat hesab edə bilər, lakin Litva hakimiyyəti buna fikir verməyi düşünmür: “Rusiyanın cavabını düşünsək, heç nə göndərə bilməzdik. Hər iki həftədən bir kiminsə nüvə hücumuna məruz qalacağını eşidirsiniz”, – deyə nazir əlavə edib.

Bildirilir ki, Fransa prezidenti Emmanuel Makron ilk dəfə olaraq fevralın sonunda Ukraynaya qoşun göndərilməsinə icazə verib. Bundan sonra Qərbdə yaranan müzakirələr fonunda Litva bu məsələ ilə bağlı “qırmızı xətlərin” ləğv edildiyini açıqladı.

Litvanın baş naziri Makronu dəstəkləyərək qeyd edib ki, o, strateji qeyri-müəyyənlik yaradır.

Ukrayna prezidenti Vladimir Zelenski də ölkəyə Qərb qoşunlarının yeridilməsi təşəbbüsünü dəstəkləyib. Onun sözlərinə görə, xarici hərbçilər Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə təlim keçə və texnikanın təmirinə kömək edə bilərdilər. Eyni zamanda, o, digər ölkələrin ordularını açıq şəkildə Ukraynaya hərbi əməliyyatlarda iştirak etmək üçün dəvət edə bilməyəcəyini qeyd edib. Zelenskinin sözlərinə Rusiya Ukraynaya hərbi yardımları dayandırmaq üçün hər şeyi edir.

Qeyd edək ki, mayın əvvəlində Rusiya Müdafiə Nazirliyi yaxın gələcəkdə taktiki nüvə zərbəsi təlimləri keçirmək niyyətində olduğunu açıqlamışdı. Kreml bunu bilavasitə Qərb ölkələrinin Ukraynaya hərbi yardımların göndərilməsi ilə bağlı bəyanatları ilə əlaqələndirmişdir.

 

 

 

 

 

Gununsesi.info