
“Rusiya Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında mayın 10-da Almatıda keçiriləcək görüşü alqışlayır”.
Gununsesi.info-nun məlumatına görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə deyib.
“Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə töhfəni davam etdirməyə hazırıq”, – deyə Zaxarova qeyd edib.