Qəzzada ölənlərin sayı açıqlandı

İsrail ordusunun Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 34 min 844 nəfərə yüksəlib.

Gununsəsi.info xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, İsrail ordusunun son 24 saatda Qəzzanın müxtəlif bölgələrinə hücumları nəticəsində daha 55 fələstinlinin həyatını itirdiyi, 200 fələstinlinin isə yaralandığı bildirilib.

Digər məlumata görə dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu  vurğulanıb.

 

Gununsesi.info