Cahangir Hacıyevin bacısı İlham Əliyevə müraciət edib - KİMSƏ QARDAŞIMI FİZİKİ OLARAQ MƏHV ETMƏYİ QƏRARA ALIB

  • By admin
  • 03 May 2024 13:53

 

“Bir sıra ağır xroniki xəstəliklərdən əziyyət çəkən qardaşım Cahangir Hacıyev səkkiz il yarımdır ki, həbsdədir. Səkkiz ildir ki, biz Penitensiar Xidmətin ona minimal tibbi yardım göstərilməsini və həkim nəzarətini təmin etməsinə nail olmağa çalışırıq. Bu illər ərzində o, dəfələrlə ürəkağrısı, təzyiq, hipertonik böhranlar, hormonal, immunitet sistemlərinin kəskinləməsi və mədəaltı vəzi tutmalarına məruz qalıb. Hətta bir dəfə təcili yardım çağırıblar. Dəfələrlə müraciətlərimizə baxmayaraq, onu mərkəzi tibb müəssisəsinə və koloniyanın özündəki sanitariya hissəsinə köçürməkdən imtina edirlər”.

Hazırda qardaşının  minimal yaşayış və yemək şəraitindən məhrum edildiyini vurğulayan Hacıyeva bildirir ki, onun vəziyyəti kəskin şəkildə pisləşib:

“Mayın 1-dən ac qalır və vəziyyəti hər gün pisləşir. Bizim (mənim və vəkillərin) müraciətlərimizə baxmayaraq, Penitensiar Xidmətin rəhbəri bizi qəbul etmir. Odur ki, belə təəssürat yaranır ki, kimsə Cahangiri fiziki olaraq məhv etməyi qərara alıb.”

Böyük ümidlə sizin qərarınızı gözləyəcəyəm.

Dərin hörmətlə, Əminə Hacıyeva