Famil Xəlilovu təcridxana işçiləri yedizdirir - HƏBS EDİLƏN FƏAL TİBB MƏNTƏQƏSİNƏ KÖÇÜRÜLDÜ

  • By admin
  • 08 May 2024 13:25

Fiziki cəhətdən məhdudiyyəti olan ictimai fəal Famil Xəlilovun həbsi birmənalı qarşılanmayılb.

Qeyd edək ki, sosial şəbəkələrdə tənqidçi mövqeyi ilə seçilən Famil Xəlilov narkotiklərin satışı, saxlanması ittihamı ilə həbs edilib.

Binəqədi rayon Məhkəməsinin hakimi Vüsal Tağıyev onun barəsində həsb-qətimkan tədbiri seçib.

Hüquq müdafiəçisi Rüfət Səfərov adıçəkilən hakimi sərt tənqid edərək, onu bilə-bilə qanunsuz qərar çıxarmaqda günahlandırıb.

Hüquq müdafiəçisi Vüsal Tağıyevin cinayət məsuliyyəti daşıdığını da deyib.

Gununsesi.info-nun xəbərinə görə, Famil Xəlilovun müdafiəsinə qoşulan vəkil Bəhruz Bayramov Bakı İstintaq Təcridxanasında onunla görüşüb. 

Vəkilin sözlərinə görə, Famil Xəlilov  vəziyyətinin pisləşməsilə əlaqədar 1 saylı Bakı İstintaq Təcridxanasının tibb-sanitariya hissəsinə yerləşdirilib.

Vəkilin sözlərinə görə, Xəlilovun hər iki əli iflicdir, köməksiz vəziyyətdədir: “Tibb-sanitariya hissəsinə köçürüldükdən sonra işçilər onu yedirtməyə başlayıblar. Bundan əlavə, Xəlilovun arterial təzyiqi dəyişir. O mənə dedi ki, ittiham absurddur, “iki iflic əlimlə necə narkotik maddə alveri edə bilərəm” deyə sual edirdi”.

 

Afət

Gununsesi.info