
Dünən Ermənistanın Azərbaycanla sərhəd olan Kirants kəndinin sakinləri Yerevan istiqamətində yürüşə başlayıblar.
Gununsesi.info-nun xəbərinə görə, yürüşün etirazçıları hökuməti Azərbaycanla sərhədlərin müəyyənləşməsində birtərəfli güzəştə getməkdə ittiham edirlər.
Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının arxiyepiskopu Baqrat Qalstanyan yürüşə başçılıq edib.
Onların istəyi mayın 9-dək Yerevana çatmaqdır.
Ermənistan aprel ayında nəzarətində olan 4 kəndi Azərbaycana qaytarmağa razı olduqdan sonra, ölkənin ayrı-ayrı bölgələrində Tavuş sakinlərinə dəstək aksiyaları təşkil olunub.
Ermənistan hökuməti açıqlama verib ki, kəndlərin Azərbaycana qaytarılması “Ermənistanın ərazi bütovlüyünün düzəldilməsi üçündür”.