
Bu il seçkilərin keçiriləcəyi Latın Amerikasında müzakirə olunan məsələlərdən biri də ifadə və mətbuat azadlığına qarşı əngəllərdir.
Gununsesi.info xəbər verir ki, Amerikalararası Mətbuat Assosiasiyasının (IAPA) məlumatlarına görə, son altı ayda Qvatemala, Honduras, Kolumbiya, Haiti və Meksikada ümumilikdə səkkiz jurnalistin öldürüldüyü barədə məlumat yayıb.
Bəzi mənbələrin iddialarına görə, bəzi jurnalistlər Nikaraqua, Peru və Venesuela kimi ölkələrin hökumətləri tərəfindən qaçırılaraq nəzarət altında saxlanılır.
Eyni zamanda bildirilir ki, Boliviya, El Salvador, Paraqvay, Puerto Riko və Venesuelada mətbuatın ictimaiyyətə verdiyi məlumatlarda məhdudlaşdırılmalar da var.
Qeyd olunur ki, Braziliya, Kosta-Rika, Meksika, Panama, Paraqvay, Uruqvay və Venesuelada mətbuatı susdurmaq üçün məhkəmə sistemindən istifadə olunur.
Mətbuat azadlığını müdafiə edən təşkilatların sözlərinə görə, regionda müstəqil reportaj hazırlayan jurnalistlər və media qurumları səlahiyyətlərindən öz mənafeləri üçün istifadə etmək istəyən dövlət məmurlarından tutmuş narkotik alveri ilə məşğul olan mütəşəkkil cinayətkar qruplara qədər bir çox qrupların hədəfindədir.
“Bu gün Venesuelada müstəqil, lakin giriş maneələri olmayan heç bir media qurumu yoxdur”.
Venesuelada 81 il əvvəl yaradılan, lakin senzuraya məruz qalan “El Nacional” qəzetinin direktoru Miguel Henrique Otero deyir ki, hökumət media hegemonluğu qurmaq istədiyini açıq şəkildə bəyan edərək televiziya, radio və qəzetləri partizan etmək üçün hər cür vasitədən istifadə edib.
Amerika qitəsində 1300-dən çox media qurumunun üzv olduğu IAPA Assosiasiyasının Venesuela nümayəndəsi olan Oteronun sözlərinə görə, Latın Amerikasında ifadə və mətbuat azadlığını iki ayrı bölmədə araşdırmaq lazımdır.
Otero qeyd edir ki, bir tərəfdən Venesuela, Nikaraqua və Kuba kimi kütləvi informasiya vasitələrinə hakim olmağa meyilli hökumətlər tərəfindən senzura və məhdudiyyətlər var, digər tərəfdən isə zorakılıq tətbiqləri və təzyiqlər davam edir.
Eyni zamanda jurnalistlərin öldürülməsi Meksika, Braziliya, Kolumbiya və Ekvador kimi mütəşəkkil cinayətkar təşkilatların aktiv olduğu ölkələrdə də rast gəlmək mümkündür.
Şəbnəm
Gununsesi.info