Kampus etirazları: ABŞ-da Fələstinə dəstək aksiyaları genişlənir

  • By admin
  • 02 May 2024 13:47

Xəbər verdiyimiz kimi, Kaliforniyada Fələstin tərəfdarları  İsraili dəstəkləyən  qrupların  hücumuna məruz qalıb.

Gununsesi.info-nun “The Guardian”a isinadən verdiyi məlumata görə, əks-etirazçılar  hücumdan bir gün sonra həbs edilib.

Bu arada Fələstin tərəfdarı olan  etirazçıları sayı artmaqdadır.

Bu isə polislə etirazçılar  arasında yeni qarşıdurmalara səbəb olub.

Eyni etirazlar Nyu York Şəhər Kollecində (Cuny)  də baş verib. Burada da Fələstin tərəfdarı nümayişçilər polis tərəfindən həbs edilib.

Tələbələr, məzunlar və qonşulardan ibarət böyük bir izdiham Kaliforniyada çadırların barrikadalı sahəsinin kənarında kampus pilləkənlərinə toplaşaraq, müxtəlif natiqləri dinləyərək, Fələstinə dəstək  şüarları səsləndirib.

Günay

Gununsesi.info