Qubad İbadoğlu: ” Hökumət bir addım atdı”

Xəbər verdiyimiz kimi bu gün, Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR)  sədri Qubad İbadoğlu barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.

 

Gununsesi.info xəbər verir ki, “Meydan-Tv”-yə müsahibə verən Qubad İbadoğlu bildirib ki, azadlığa çıxması onun üçün gözlənilməz olub:

 

“İndiyə qədər bir neçə dəfə ev dustaqlığı barədə vəsatət vermişdik. Heç biri təmin olmamışdır. Bu gün dedilər ki, məhkəmə var. Hökumət mənə qarşı bir addım atdı. Bunun davamlı olmasını istəyirəm. Bilirik ki, Avropa Parlamentində eyni zamanda ABŞ, Almaniya, İtaliya və bir çox ölkələrdə belə müzakirələr gedir. İnanıram ki, bu müzakirələrə reaksiya veriləcək və biz Azərbaycanda nə zamansa arzuladığımız siyasi məhbuslarsız həyat yaşayacayıq”-deyə Qubaq İbadoğlu vurğulayıb.

 

 

Qeyd edək ki, Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilərək həbs olunmuşdur.

 

 

 

Gununsesi.info