Berlində “Rusiya Putinə qarşı” aksiyası başladı - VİDEO

  • By Günel
  • 01 Mart 2025 20:30
Yürüş siyasətçilər İlya Yaşin, Vladimir Kara-Murza və Yuliya Navalnaya tərəfindən təşkil olunub.
Gununsesi.info xəbər verir ki, iştirakçılar Potsdamer Platz-a toplaşaraq, Aleksey Navalnının memorialının yerləşdiyi Rusiya səfirliyinə gedəcəklər. Tədbirlər planına əsasən, yürüş Brandenburq qapısı yaxınlığındakı Paris meydanında başa çatacaq.
Kolonnanın başında İlya Yaşin, Vladimir Kara-Murza, Yuliya Navalnaya və Yevgeni Çiçvarkin gedir.
İştirakçılar arasında Ukrayna tərəfində vuruşan Rusiya Könüllülər Korpusunun (RDK) kolonnası da var.
Gununsesi.info