Ramazan ayını qeyd edən işçilərə əsəbiləşdi - Saxlanıldı

  • By Günel
  • 02 Mart 2025 10:42
Türkiyənin ən böyük şirkətlərindən biri olan “Zorlu Holding”in İcraçı Direktoru (CEO) Cem Köksalın hərəkəti ölkədə gündəm olub.
“Zorlu Holdinq”in CEO-su Cem Köksal holdinqə bağlı olan “Vestel”in baş direktoru Ergün Güler ​in işçilərə Ramazan ayının başlaması ilə bağlı təbrik “mail”nə sərt cavab verib.
O, şirkətin 70 illik tarixində heç bir “Ramazan ayını” qeyd etmədiklərini bildirib.
Bu mesaj ictimailəşəndən sonra iş adamı saxlanılıb və barəsində “inanc, düşüncə və fikir azadlığının həyata keçirilməsinə mane olmaq” cinayəti ilə istintaq başladıb.