Trampın gəlini qayınatasının Ukrayna siyasətindən danışdı

  • By Günel
  • 01 Mart 2025 23:57

“Zelenski Trampın daha çox Putinin yox, onun tərəfində olduğunu deməsini istəyirdi”.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın gəlini Lara Tramp “Fox News” telekanalının efirində Tramp-Zelenski görüşünü şərh edərkən deyib.

L.Trampın sözlərinə görə, ABŞ lideri sülh istəyir, çünki o, hərbi-sənaye kompleksinin bir hissəsi deyil: “ABŞ-nin bu əbədi müharibələrdə olmasını istəyən insanlar var”.

Gununsesi.info