
Qalmaqallı ABŞ səfərindən sonra Böyük Britaniyaya gələn Ukrayna Prezidenti Volodimir Zelenski burada çox isti qarşılanıb.
Gununsesi.info xəbər verir ki, Londonda Ukrayna liderini Baş nazir Kir Starmer şəxsən qarşılayıb.
Ukrayna lideri sabah Londonda kral III Çarlzla görüşəcək. Həmçinin sabah Ukraynaya dəstək məsələsi ilə bağlı Avropa liderlərinin görüşü planlaşdırılır.
Ölkə liderlərinin görüşərkən qucaqlaşması Ukraynanı az qala müdafiəsiz qoyan ABŞ-yə bir mesaj kimi qiymətləndirilir.