Ağdamda avtomobilin vurduğu piyada reanimasiyadadır - YENİLƏNİB

  • By Günel
  • 01 Mart 2025 23:35

Ağdam rayonunda avtomobilin vurduğu piyadanın vəziyyəti orta yüngüldür.

Gununsesi.info“Report”a istinadən məlumat verir ki, Xındırıstan qəsəbə sakini Ələmdar Həmid oğlu Məlikov hazırda Bərdə Diaqnostika Mərkəzində reanimasiya şöbəsindədir.

Qeyd edək ki, bundan əvvəl o, kliniki ölüm keçirib, yaxınları tərəfindən məscidə aparılıb.

***

Ağdam rayonunda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Xındırıstan qəsəbəsi ərazisində baş verib.

Qəsəbə sakini, 1962-ci il təvəllüdlü Həsənov Ələmdar Hamid oğlu yolu keçərkən 21 yaşlı Elcan Şirəliyev idarə etdiyi “Prado” markalı avtomobillə onu vurub.

Yaralı Ə.Həsənov Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərilən Ələmdar Həsənov təcili tibbi yardım avtomobili ilə Bərdə Diaqnostika Mərkəzinə göndərilib. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info