Liftdə qalan şəxs xilas edildi

  • By Günel
  • 02 Mart 2025 11:15

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 xilasetmə əməliyyatı keçirilib.

Bu barədə Gununsesi.info -ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həyata keçirilən xilasetmə tədbiri nəticəsində 1 nəfərə müvafiq köməklik göstərilib.

Gununsesi.info