Moldovada rəssamlar cəzalandırılacaq

Moldova hakimiyyəti Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Moldova pavilyonunda iştirak etdiklərinə görə “Jok” dövlət ansamblının artistlərini cəzalandıracaq.

Gununsesi.info xəbər verir ki, Moldovanın mədəniyyət naziri Sergey Prodan deyib.

O, bildirib ki, bu çox ciddi və qəbuledilməz bir vəziyyətdir: “Təbii ki, tədbirlər görüləcək. Qanunun və sağlam düşüncənin pozulduğu göz qabağındadır”.

Nazir qeyd edib ki, bütün halların aydınlaşdırılması üçün daxili araşdırma aparılacaq.

 

 

İlhamə

Gununsesi.info