Makronun Ukrayna bağlı təklifi Baydeni düşündürür

Fransa prezidenti Emmanuel Makron amerikalı həmkarı Co Baydenlə bu yaxınlarda telefon danışığı zamanı Qərb ölkələrindən Ukraynaya hərbi təlimatçıların göndərilməsini təklif etsə də, Amerika lideri bu fikri rədd edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Bayden hadisələrin bu cür inkişafının mümkün nəticələrindən narahatlığını bildirib.

Çünki NATO ölkələrinin nümayəndələri atəş xəttində qala bilər.

Bildirilir ki, ABŞ prezidentinin fikrincə, belə bir addım münaqişənin gərginləşməsinə səbəb ola bilər.

Nəşrin məlumatına görə, söhbət nəticəsində Makron və Bayden məsələ ilə bağlı heç bir qərar qəbul etməyib.

Xatırladaq ki, iyunun 6-da Emmanuel Makron Fransanın “Mirage 2000-5” qırıcılarının Ukraynaya təhvil verildiyini açıqlayıb.

Makronun sözlərinə görə, iyunun 7-də Fransa bu qırıcıları idarə etmək üçün ukraynalı pilotların hazırlanması proqramına başlayacaq.

Həmin gün o, Fransa hakimiyyətinin Ukraynada sülhün bərqərar olmasını alqışladığını, lakin bu ölkənin Silahlı Qüvvələrinin geri çəkilməsi bahasına olmadığını bildirib.

 

 

Gununsesi.info