
Aprelin 19-da başlayıb iyunun 1-də başa çatan seçkilərdə Hindistanda Xalq Məclisinin üzvlərini seçmək üçün 640 milyon seçici sandıq başına gedib. Səslərin hesablanmasına başlanılan ölkədə exit-poll hazırkı baş nazir Narendra Modinin irəlidə olduğunu göstərir.
Gununsesi.info xəbər verir ki, Hindistanda altı həftəlik ümumi seçkilərdə parlamentin aşağı palatasının (Xalq Assambleyası/Lock Sabha) 543 üzvünün müəyyən edilməsi üçün səslərin hesablanmasına başlanılıb.
Çoxpartiyalı parlament demokratiyası ilə idarə olunan dünyanın ən çox əhalisi olan ölkəsində seçkilər yeddi mərhələdə keçirilib.
Qeydə alınmış 970 milyon seçicinin 640 milyonu səs versə də, rəsmi məlumatlara görə, yeddi mərhələdə seçici fəallığı orta hesabla 66 faiz civarında olub.
Günay Mahirqızı
Gununsesi.info