Netanyahu: İsrail HƏMAS-ın məhvinə qədər Qəzzanı tərk etməyəcək

  • By ilhame
  • 20 İyun 2024 22:40

İsrail HƏMAS hərəkatının hərbi və idarəetmə strukturunu məhv edənə, bütün girovları qaytarana qədər Qəzza zolağından çıxmayacaq.

 

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu girovların ailələri ilə görüşündən sonra bildirib.

 

“Biz oğurlanmış 120 nəfərin hamısını – həm diri, həm də ölü – geri qaytarmaqda qərarlıyıq. Mərhələli olsa belə, biz bu işdən əl çəkməyəcəyik”, – Netanyahu qeyd edib.

 

Baş nazirin sözlərinə görə, İsrailin anklavdakı hərbi mövcudluğu HƏMAS-a təzyiq edir və bu, girovların geri qaytarılması üçün imkanlar yaradır.

Gununsesi.info