
Şimali Koreya lideri Kim Çen In boşanan cütlüklərin yeni sərt qaydalar altında əmək düşərgələrinə göndərilməsini əmr edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya qanunlarına görə, nikahın dayandırılması antisosializm simpatiyasının əlaməti hesab olunur.
Əvvəllər ölkədə yalnız boşanmaq istəyən tərəfi cəzalandıran qanunlar var idi.
Yeni cəzalar mövcud qanunların sərtləşdirilməsi deməkdir.
Buna görə, boşanma yekunlaşdıqda, hər iki həyat yoldaşını altı aya qədər həbs cəzası gözləyir.
Şimali Koreyada əvvəllər yalnız boşanmaq istəyən tərəfi cəzalandıran qanunlar var idi. Yeni cəzalar mövcud qanunların sərtləşdirilməsi deməkdir.
Şimali Koreyada boşanma aktı təkcə sosializmə deyil, həm də şimal və cənubdakı insanların düşüncəsinə sadiq qalan Konfutsi dəyərlərinə qarşı təhqir kimi qiymətləndirilir.
Bir müddət həbsxanada qalan başqa bir qadın boşananların əksəriyyətinin 30 yaşlarında olduğunu söylədi.
Rayon əmək düşərgəsində təxminən 80 qadın və 40 kişi məhbus var.
Orxan Saffari