
Bakının Səbail rayonu Süleyman Tağızadə küçəsində bədbəxt hadisə baş verib.
Gununsesi.info xəbər verir ki, görüntülər sosial şəbəkədə yayılıb.
İlkin məlumata görə, yaşayış binasında təmir işləri üçün quraşdırılmış yük avadanlığının bir hissəsi aşaraq yerə düşüb.
Xoşbəxtikdən həmin vaxt binanın yaxınlığından keçən olmayıb. Amma hadisə nəticəsində aşağıda olan “Toyota Corolla” markalı avtomobilə ziyan dəyib.
Bu barədə görüntüləri aparıcı Ülvira Qarayeva sosial şəbəkə hesabında paylaşıb: