Trampın timsahlar və pitonlarla dolu həbs adası açılır

  • By Admin2
  • 01 İyul 2025 10:16

ABŞ-ın Florida ştatında açılacaq yeni immiqrasiya təcridxanası “Timsahlarla Alkatraz” adlanır. Trampın yeni addımı artıq reaksiyaların mərkəzindədir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Floridanın cənubunda “Alliqatorlarla Alkatraz” adlandırılan müvəqqəti immiqrasiya təcridxanasının açılışına hazırlaşır.

Bu addım Trampın sərt immiqrasiya siyasətinin bir hissəsidir.

Yerli rəsmilər və Ağ Ev 5000-ə qədər insanı saxlaya bilən obyekti “tamamilə təcrid olunmuş” və “tamamilə çəkindirici” kimi xarakterizə edir.

Təcridxana 77.000 hektar ərazidə tərk edilmiş hərbi aerodromda tikilib.

ABŞ-nin “ən təhlükəsiz” həbsxanası kimi tanınan San-Fransiskodakı Alkatraz həbsxanası filmlərin mövzusu olub.

Orxan

Gununsesi.info