
İraqın Kərkük şəhərindəki Kərkük Beynəlxalq Hava Limanına 3 raketin düşdüyü, hadisə nəticəsində 1 nəfərin yaralandığı bildirilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Kərkük Beynəlxalq Hava Limanı Administrasiyasından verilən yazılı açıqlamaya görə, yerli vaxtla saat 23:30 radələrində mənşəyi məlum olmayan 3 raket hava limanına düşüb.
Raketlərdən ikisi hava limanındakı hərbi bölgəyə, biri isə mülki əraziyə düşüb.
Mülki əraziyə düşən raket çəmənlikdə yanğına səbəb olub.
Yanğın Kərkük Beynəlxalq Hava Limanının yanğınsöndürmə briqadası tərəfindən qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində bir nəfər yüngül xəsarət alıb. Uçuş-enmə zolağına və ya hava limanının digər obyektlərinə heç bir ziyan dəyməyib.
Kərkük Polis İdarəsindən adının açıqlanmasını istəməyən mənbə Kərkükün Urube rayonuna raketin düşdüyünü bildirib.
Raketin rayonda bir evin damına düşdüyünü və hadisə nəticəsində evə ziyan dəydiyini deyən mənbə hadisədə can itkisinin olmadığını bildirib.
Orxan