
Toqoda prezident Faure Gnassingbe-nin istefasını tələb edən etirazçılara təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 7 nəfərin həyatını itirdiyi iddia edilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Toqoda “Le Front Citoyen Togo Debout” qeyri-hökumət təşkilatı paytaxt Lomedə çaylardan 7 cəsədin çıxarıldığını bildirib və bu ölümlərdə təhlükəsizlik qüvvələrini günahlandırıb.
Hökumət ölümlərin nümayişlərlə əlaqəli olduğu iddiasını rədd edib və sözügedən şəxslərin boğularaq öldüyünü bildirib.
Prezident Gnassingbe-nin keçən həftə qeyri-müəyyən müddətə Nazirlər Şurasının sədri təyin edilməsi vətəndaş cəmiyyəti təşkilatlarının hiddətinə səbəb olub.
Nümayişçilər Gnassingbe-nin ona ömür boyu qeyri-məhdud səlahiyyət verən yeni vəzifəsinə etiraz etmək üçün həftə sonu ölkə boyu küçələrə çıxdılar.
Etirazçılara təhlükəsizlik qüvvələri müdaxilə edib və çoxlu sayda insan saxlanılıb.
2005-ci ildən hakimiyyətdə olan prezident Faure Gnassingbe 1967-ci ildən ölkəyə rəhbərlik edən atası Eyadema Qnassingbenin ölümündən sonra bu vəzifəyə keçib.
Gnassingbe ailəsi 58 ildir ki, sükan arxasındadır.
Orxan