Ukrayna ordusu Rusiyanın “Strela” zavodunu məhv edib

Ukrayna Silahlı Qüvvələri Bryansk vilayətinin Suzemski rayonundakı “Strela” zavodunu “Qrad” MLRS-dən istifadə edərək atəşə tutub.

Gununsesi.info xəbər verir ki, bu barədə  “Mash” teleqram kanalında atəş nəticəsində iki mühafizəçinin yüngül xəsarət aldığı yazılıb.

İlkin məlumata görə, zərbələr zavodu tamamilə məhv edib.

RBC-Ukraynanın məlumatına görə, bu zavod Rusiyanın hərbi-sənaye kompleksi ilə bağlıdır.

Obyekt transformatorların, boğucuların, hamar gərginlik tənzimləməli avtotransformatorların, induksiya rulonlarının və müdaxilənin qarşısını alan filtrlərin istehsalında ixtisaslaşıb.(Report)

Gununsesi.info