Qatar 15 dəqiqə tuneldə qalıb

Xəbər verdiyimiz kimi, bu gün “Həzi Aslanov” və “Xalqlar dostluğu” stansiyaları istiqamətindəki şəhər şəbəkəsindən Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Bakı Metropoliteni” QSC-yə gələn yüksək gərginlikli elektrik xətləri ilə enejinin verilişində məhdudiyyətlər yaranıb.

Gununsesi.info xəbər verir ki, elektrik enerjisinin kəsilməsi ilə qatarlardan biri tuneldə qalıb.

Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. İddialara görə, qatarın tuneldə qalma müddəti 15 dəqiqə olub.

Qeyd edək ki, daha sonra yaranan problem aradan qaldırılıb.

***17:55

Bakı metropoliteninin “Həzi Aslanov” və “Xalqlar dostluğu” stansiyalarına şəhər şəbəkəsindən gələn yüksək gərginlikli xətlərdə elektrik enerjisinin verilməsində məhdudiyyətlər tam aradan qaldırılıb.

Gununsesi.info bildirir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən həmin istiqamətdə metropolitenin dizel-generatorları yenidən ehtiyat rejimə keçirilib.

Məlumata görə, qatarlar arasında interval hərəkət qrafikinə uyğun təmin edilməklə gecikmələr aradan qaldırılıb: “Bakı metropoliteninin stansiyaları normal iş rejimi şəraitində fəaliyyətini davam etdirir”.

Gununsesi.info