Bakıda oğul atasını 8 bıçaq zərbəsi ilə öldürdü

Bakıda qətl hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Rahib Tağıyev küçəsi, ev 20 ünvanında qeydə alınıb.

İddiaya görə, 1992-ci il təvəllüdlü Murad Əmirov atası Nizami Əmirovla mübahisə etdikdən sonra ona səkkiz bıçaq zərbəsi endirib.

N.Əmirov aldığı zərbələrdən həyatını itirib.

M.Əmirov isə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.(“Oxu.Az”)

Gununsesi.info