Sahibə Qafarova Numan Kurtulmuşa başsağlığı verdi

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşa TBMM-in sədr müavini Sırrı Sürəyya Öndərin vəfatı ilə əlaqədar başsağlığı məktubu ünvanlayıb.

Bu barədə Gununsesi.info-ya Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

Məktubda Milli Məclisin sədri mərhumun ailəsinə və yaxınlarına, TBMM-in üzvlərinə şəxsən öz adından və Milli Məclisin deputatları adından başsağlığı verib, mərhuma Allahdan rəhmət diləyib.

Gununsesi.info