Netanyahunun Azərbaycana səfəri təxirə salındı

İsrailin Baş nazir Binyamin Netanyahunun Azərbaycana səfəri təxirə salınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Bildirilir ki, Qəzza zolağı və Suriyada baş verən hadisələr fonunda və sıx siyasi-təhlükəsizlik qrafiki səbəbindən Netanyahunun Azərbaycana səfəri başqa bir tarixə təxirə salınıb.

Xəbərdə bildirilir: “Baş nazir dəvətə görə Prezident Əliyevə təşəkkür edir və iki ölkə arasında mövcud olan isti münasibətləri yüksək qiymətləndirir”.

Qeyd edək ki, İsrail liderinin Bakıya səfəri mayın 7-nə nəzərdə tutulmuşdu.

Gununsesi.info