Yəmənin Baş naziri istefa verib

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib.

Gununsesi.info xəbər verir ki, bu barədə o özünün “X” hesabında yazıb.

O, istefa qərarını konstitusiya səlahiyyətlərini yerinə yetirmək və hökumətdə dəyişikliklər etmək iqtidarında olmaması ilə izah edib, eləcə də işində çoxlu çətinliklərlə üzləşdiyini vurğulayıb.

Qeyd edək ki, Əhməd Əvvad bin Mübarək 2024-cü il fevralın əvvəlində Yəmənin baş naziri təyin edilmişdi.

Gununsesi.info