
ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşünün fevralın sonuna qədər baş tuta biləcəyi ehtimalından çıxış edib.
Gununsesi.info xəbər verir ki, Trampın özü dünən axşam jurnalistlərin suallarını cavablandırarkən bunu təsdiqləyib. Hadisə Trampın Florida ştatında yerləşən Mar-a-Laqo malikanəsində baş verib.
ABŞ prezidentindən Putinlə görüşünün nə vaxt baş tutacağına aydınlıq gətirməsi istənilib.
“Yəqin ki, ayın sonunadək”, – Tramp cavab verib. Bu məsələ ilə bağlı o, əlavə şərh verməyib.
Putin və Trampın danışıqları üçün mümkün məkan kimi Səudiyyə Ərəbistanı qeyd edilib.