Çörəkbişirmə sexində 3 nəfər dəm qazından zəhərləndi

  • By Günel
  • 18 Fevral 2025 21:32

Gədəbəydə çörəkbişirmə sexində 3 nəfər dəm qazından zəhərlənib.

Gununsesi.info “Report” – a istinadən xəbər verir ki, Gədəbəy şəhər ərazisində yerləşən çörəkbişirmə sexində çalışan 1976-cı il təvəllüdlü X.Həsənova, 1971-ci il təvəllüdlü P.Sadıqova və 1986-cı il təvəllüdlü S.Hüseynova dəm qazından zəhərləniblər.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info